Füzuli aeroportu bu tarixdə istifadəyə veriləcək

Füzuli aeroportu bu tarixdə istifadəyə veriləcək – FOTO

İşğaldan azad edilmiş Füzuli şəhərindəki beynəlxalq hava limanının 2021-ci il sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Hava limanının ümumi uzunluğu 4,8 kilometr təşkil edəcək, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır. Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır.
“Zəfər yolu” avtomobil yolunun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda hava limanının tikintisinə başlanılıb və Laçında da hava tikintisinə başlanılması planlaşdırılır”.
Fotodan göründüyü kimi liman açıq kitab formasında dizayn edilmişdir.