Bakıda Heydər Əliyev prospektinə alternativ və paralel yol tikiləcək – FOTO
Bakının Nərimanov rayonunda Heydər Əliyev prospektinə paralel yeni bir yolun inşasına başlanılıb.
“Nəriman Nərimanov” metrostansiyasının qarşısından keçən Təbriz küçəsi ilə “Ulduz” metrostansiyasının yaxınlığından keçən Volodarski küçəsini birləşdirəcək yeni yolun layihəsi hazırlanmışdır.
Heydər Əliyev prospektinə alternativ olan bu yol ikitərəfli və üç zolaqlı olacaq. Alternativ yol Heydər Əliyev prospektinə düşən yükün bir hissəsini aradan qaldırmağa şərait yaradacaq. Yeni yoldan istifadə zamanı maşınların Təbriz küçəsinə getmək üçün prospektə girməsinə ehtiyac qalmayacaq.



Son şərhlər