Tərtər-Suqovuşan yoluna Naftalandan da giriş olacaq

Tərtər-Suqovuşan yoluna Naftalandan da giriş olacaq

Tərtər-Suqovuşan avtomobil yoluna Naftalan şəhərindən daxil olmaq üçün yeni yol çəkilməyə başlayıb.
Həmin yol Tərtər-Suqovuşan yolunun ikinci mərhələsi adlandırılır. Hazırda yolun tikintisinə start verilib: “Yolun 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı hissəsi artıq tikilir. Yol gələn il vətəndaşların istifadəsinə veriləcək. Yol Naftalan şəhərinə birləşdiriləcək. Tərtər-Suqovuşan-Talış yoluna həm də Naftalan şəhərindən gəlmək mümkün olacaq.
Xatırladaq ki, Çaylı-Suqovuşan-Talış avtomobil yolu 70-ci illərdə tikilib, 30 il ərzində işğal altında qalmış yol tamamilə sıradan çıxıb.