Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidi – FOTOLAR
HAZIR LAYİHƏLƏRİMİZDƏN…
Şirkətimizin daha bir mürəkkəb və maraqlı tikintilərindən biridir. 2020-cil ildə yerüstü piyada keçidinin açılışı olmuşdur.
Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.
Bu ərazidə, yolun hər iki tərəfində yaşayış binaları, sosial və iaşə obyektləri mövcuddur. Bu səbəbdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin etmişdir.
Son şərhlər