Muğanlı-İsmayıllı (17km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi layihəsi – FOTOLAR
HAZIR LAYİHƏLƏRİMİZDƏN…
Sifarişçi: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Layihəçi: “Project Center” MMC
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.
İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb.
Avtomobil yolunun texniki göstəriciləri:
Hərəkət zolaqlarının sayı – 2 ədəd
Hərəkət zolağının eni – 2 x 3.0 m
Torpaq yatağının eni – 10.0 m
Çiyinlərin eni – 2 x 2.0 m
Örtüyün tipi – asfalt-beton
Süni qurğuların texniki göstəriciləri:
Körpü № 1 – Mücüçay üzərində 2 aşırımlı körpünün uzunluğu L=5.51m
Körpü № 2 – Sulutçay üzərində 3 aşırımlı körpünün uzunluğu L=7.92m
Körpü № 3 – Mücüçay üzərində 1 aşırımlı körpünün uzunluğu L=3.10m
Körpü № 4 – Sulutçay üzərində 3 aşırımlı körpünün uzunluğu L=7.92m
Son şərhlər