Bakı şəhəri, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidi

Bakı şəhəri, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidi – FOTOLAR

HAZIR LAYİHƏLƏRİMİZDƏN…
Sifarişçi: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Layihəçi: “Project Center” MMC
Şirkətimiz tərəfindən 2018-ci ildə layihələndirilən keçidlərdən biridir. 2020-ci ildə yeraltı piyada keçidinin açılışı olmuşdur.
Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsi avtomobillərin və piyadaların daha sıx olduğu ərazilərdən biridir. Məhz bu baxımdan da keçidin inşası böyük önəm daşıyır. Yeraltı piyada keçidinin tikintisinə 2018-ci ilin noyabr ayında başlanılıb. Keçidin tikintisi qapalı qazma üsulu ilə aparılıb. Bu səbəbdən tikinti işləri Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaratmayıb. Qapalı qazma üsulu ilə yeraltı piyada keçidinin tikintisi Bakıda ilk dəfə burada tətbiq olunub. Piyada keçidinin ümumi uzunluğu 98, eni isə 5 metrdir. Burada müasir işıqlandırma və videomüşahidə sistemi qurulub. Keçid Heydər Əliyev prospektinin bu hissəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması, qəza hallarının aradan qaldırılması və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.