Abşeron Rayonunda yerləşən Palçıq Vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun layihəsi – PLAN
Layihəmiz əsasında müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir – PLAN
Abşeron Rayonunda yerləşən Palçıq Vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun layihəsi” üçün tapşırıq hazırlanmış və “Project Center” MMC şirkətinə təqdim olunmuşdur.
Layihələndirdiyimiz avtomobil yolu Qobustan rayonu ərazisində yerləşir.
Mövcud avtomobil yolu III texniki dərəcəlidir. Verilən tapşırığa əsasən avtomobil yolu III texniki dərəcəyə uyğun layihələndirilmişdir.
Avtomobil yolunun texniki göstəriciləri aşağıdakı kimidir:
Yolun ümumi uzunluğu – 20.5 km
Hərəkət zolaqlarının sayı – 2 ədəd
Hərəkət zolağının eni – 2×3.50m
Torpaq yatağının eni – 12.0m
Çiyinlərin eni – 2×2.50m
Bərkidici zolağın eni – 2×0.50m
Görülən işlər çərçivəsində artıq yol boyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Hazırda yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla icra olunur.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yol boyu yol nişanları, siqnal dirəkləri quraşdırılır. Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Son şərhlər