Xankəndi-Şuşa-Laçın avtomobil yolu

Xankəndi-Şuşa-Laçın avtomobil yolu-FOTOLAR

Davam edən layihələrimizdən…
Xankəndi-Şuşa-Laçın avtomobil yolu
Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir.
Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub.
Hazırda uzunluğu 440 və 1100 metr olan birinci, üçüncü tunellərin həm giriş, həm də çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir.
Qeyd edək ki, Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.