02 Sen 2024 Yevlax – Bərdə avtomobil yolunun layihələndirilməsi – PLAN Davam edən layihələrimizdən… Yevlax – Bərdə avtomobil yolunun layihələndirilməsi Layihələndirilən avtomobil yolu Yevlax və Bərdə rayonlarının ərazisində yerləşir. Avtomobil yolu 1b texniki dərəcəyə uyğun olaraq layihələndirilir. Yolun ümumi uzunluğu 34.41 km-dir. Yolun hərəkət zolaqlarının sayı 4 ədəd olmaqla, hərəkət hissəsinin eni 15.0 m təşkil edir. Layihədə 10 ədəd avtobus dayanacağının tikintisi də nəzərdə tutulmuşdur.