ŞÜKÜRBƏYLİ-CƏBRAYIL-HADRUT AVTOMOBİL YOLUNUN LAYİHƏSİ

ŞÜKÜRBƏYLİ-CƏBRAYIL-HADRUT AVTOMOBİL YOLUNUN LAYİHƏSİ – PLAN

DAVAM EDƏN NÖVBƏTİ QARABAĞ LAYİHƏLƏRİMİZDƏN…
ŞÜKÜRBƏYLİ-CƏBRAYIL-HADRUT AVTOMOBİL YOLUNUN LAYİHƏSİ
Layihələndirilən avtomobil yolu Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının ərazisində, Horadiz – Zəngilan avtomobil yolunun 38-ci km-də yerləşir. Avtomobil yolu I texniki dərəcəyə uyğun olaraq layihələndirilir. Avtomobil yolu başlanğıcını Hadrut qəsəbəsindən götürərək, Qoçbəyli, Qaradağlı, Günəşli, Saracıq, Yuxarı Rəfədinli, Aşağı Güzdək və Daşkəsən kəndlərindən keçərək Cəbrayıl ərazisinə daxil olur və Tulus, Həsənqaydı, Hacılı, Fuğanlı, İmambağı kəndlərindən keçərək Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində sona çatır. Yolun ümumi uzunluğu 39.7 km-dir. Layihələndirilən yolun başlanğıc yüksəkliyi dəniz səviyyəsindən 662.0m, layihənin son yüksəkliyi isə 196.0m-dir.