Susay-Xınalıq avtomobil yolunun layihəsi

Susay-Xınalıq avtomobil yolunun layihəsi – FOTOLAR

HAZIR LAYİHƏLƏRİMİZDƏN…
Sifarişçi: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Layihəçi: “Project Center” MMC
Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.
24 km uzunluğa malik Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ötən il yekunlaşdırıldı. Hazırda bu yolun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq avtomobil yolunun tikintisi icra olunur. 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.