FÜZULİ-HADRUT AVTOMOBİL YOLUNUN LAYİHƏSİ – FOTOLAR
DAVAM EDƏN NÖVBƏTİ QARABAĞ LAYİHƏLƏRİMİZDƏN…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Başlanğıcını Zəfər yolundan götürən Füzuli-Hadrut yolu yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Süni qurğuların tikintisi davam etdirilir.
Avtomobil yolunun texniki göstəriciləri:
Yolun texniki dərəcəsi – I
Torpaq yatağının eni – 21.5m
Hərəkət hissəsinin eni – 14.0m
Hərəkət zolağının eni – 4×3.5m
Bərkidici zolağın eni – 2×0.5m
Ayırıcı zolağın eni – 2.0m
Çiyinin eni – 2×2.0m
Son şərhlər