FÜZULİ-AĞDAM AVTOMOBİL YOLUNUN LAYİHƏSİ

FÜZULİ-AĞDAM AVTOMOBİL YOLUNUN LAYİHƏSİ – FOTOLAR

DAVAM EDƏN NÖVBƏTİ QARABAĞ LAYİHƏLƏRİMİZDƏN…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Bu səfər çərçivəsində Füzuli-Ağdam avtomobil yolunun təməli qoyulub. Avtomobil yolunun uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək. Yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yol boyunca körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulur. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.
Avtomobil yolunun texniki göstəriciləri:
Yolun uzunluğu – L=64.8km
Yolun texniki dərəcəsi – I
Torpaq yatağının eni – 26.5m
Hərəkət hissəsinin eni – 2×7.5m
Hərəkət zolağının eni – 4×3.75m
Bərkidici zolağın eni – 2×0.75m
Ayırıcı zolağın eni – 2.0m
Çiyinin eni – 2×3.75m