Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb – FOTOLAR
HAZIR LAYİHƏLƏRİMİZDƏN…
Layihəçi: “Project Center” MMC
Layihəmiz əsasında Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb.
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Yol çiyinlərinin hər iki istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edəcək. I texniki dərəcəli yol boyu layihə üzrə 380 metr istinad divarı inşa olunacaq.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, bərabər olaraq bəzi hissələrdə isə bitki qatının qazılaraq çıxarılması, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülür.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 60 suötürücü boru, 8 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin və yol üzərində 3 yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Bundan başqa yolboyu avtobus dayanacaqlarının və digər infrastrukturun inşası aparılacaq.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişi təmin edəcək.






Son şərhlər