“Hacıqabul rayonunun Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Pirsaat çayı üzərində üç aşırımlı körpünün tikintisi - PLAN - FOTOLAR
Pirsaat çayı üzərində üç aşırımlı körpünün tikintisi – PLAN – FOTOLAR
Davam edən layihələrimizdən…
39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3 aşırımlı yeni dəmir-beton körpünün inşası son mərhələdə olmaqla davam edir.
Körpünün əsas texniki göstəriciləri aşağıdakılardır:
Aşırım sayı – 3 ədəd – 24x24x24
Körpünün uzunluğu – 82.30 m
Körpünün hərəkət hissəsinin eni – 9.0 m
Dayaqların sayı – 4 ədəd (2 Kənar və 2 Orta dayaq)