Layihəmiz əsasında: Ramana qəsəbəsində Mərkəzi küçə

Layihə Məlumatları

Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur.
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Sabunçu rayonunun 200 km-dən artıq qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.

Cari ildə də rayon ərazisində 3 qəsəbədə ümumi uzunluğu 9 km olan 5 küçənin təmiri nəzərdə tutulur.

Sabunçu rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Ramana qəsəbəsinin Mərkəzi küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı yenidənqurma işləri icra olunur.